Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI
Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub.
“İNFONEWS” -un əldə etdiyə məlumata görə, o, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb.
Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.