İtaliyada buzlaq uçqununda itkin düşənlərin səkkizi sağ TAPILDI

İtaliyada buzlaq uçqununda itkin düşənlərin səkkizi sağ TAPILDI

İtaliyada Marmolada zirvəsindəki buzlaq uçqununda itkin düşənlərin səkkizi sağ tapılıb.

“İNFONEWS” xəbər verir ki, zirvədəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində itkin düşmüş 13 nəfərdən səkkizi xilasedicilər tərəfindən uçqunun altında sağ çıxarılıb. Onların kimliyi açıqlanmayıb.

Hazırda itkin düşən 5 nəfərin axtarışı davam etdirilir. Axtarış-xilasetmə işlərinə helikopterlər, pilotsuz uçan aparatlar və xeyli sayda canlı qüvvə cəlb edilib.

Xatırladaq ki, iyulun 3-də Alp dağlarının İtaliya hissəsində buzlaq uçqunu baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, onlardan üçünün şəxsiyyəti müəyyən edilib. Səkkiz yaralıdan biri evə buraxılıb, ikisinin vəziyyəti isə ağırdır. Hazırda 5 nəfər itkin düşüb ki, onların da hamısı italyandır.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir