Şuşadakı ilk beynəlxalq turnirin qalibi bəlli olub

Şuşadakı ilk beynəlxalq turnirin qalibi bəlli olub

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

İNFONEWS-un məlumatına görə, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun üzvü Elçin Əsədov olub.

35 yaşlı idmançı 71 km məsafədə qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb.

Özbəkistanın “Tashkent City” komandasının üzvü Akramjon Sunnatov ikinci, Monqolustan millisinin üzvü İderbold Bold isə üçüncü yeri tutub.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir