“Karyera Marafonu 2022” layihəsi bu dəfə Şirvan şəhərində
“Kapital Bank” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə regionlarda start verilən “Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Şirvan şəhərinə olub.
“İNFONEWS” Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadla xəbər verir ki, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Kürdəmir gənclərinin iştirak etdiyi marafonda karyera sərgisi, işəqəbul mütəxəssisləri ilə konsultasiya, açıq havada “Öz daxili potensialımızı necə kəşf edə bilərik?”, “Məsafədən satış”, “Kapital Bank” tarixçəsi və karyera imkanları” seminarları təşkil edilib.
Gənclərin yaranmış sualları mütəxəssislər tərəfindən cavablandırılıb, “Kapital Bank”da olan aktiv vakansiyalar üçün iştirakçıların “CV”ləri qəbul olunub.