Azərsu ASC-yə yeni sədr gətirilir

Azərsu ASC-yə yeni sədr gətirilir

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Allahverdiyev Elxan Şamil oğlu Azərsu ACS-yə sədr gətirilir.

Azərsu ASC-yə yeni sədr gətirilir
Azərsu ASC-yə yeni sədr gətirilir

Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-ci il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Xatırladaq ki, Allahverdiyev Elxan Şamil oğlu Kapital Bank-ın sədri Rövşən Allahverdiyevin qardaşıdır.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir