AMEA AzTV-nin onu tənqid etməsini rəsmi saytında yerləşdirdi

AMEA AzTV-nin onu tənqid etməsini rəsmi saytında yerləşdirdi

Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb. 

“İNFONEWS” -n əldə etdiyi məlumatına görə, “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı tənqidi süjet AMEA-nın saytında “AzTV: AMEA-nın “fəaliyyəti” başlığı ilə yerləşdirilib.

Qurumun fəaliyyətinin sərt şəkildə tənqid edildiyi, illərdir elm ocağında heç bir dəyişikliyin olmamasından danışılan materialın AMEA tərəfindən həm də sosial şəbəkələrdə paylaşılması təəccüb doğurub.

Adi tənqidlərə də rəhbər səviyyəsində cavab verilən AMEA-nın bu cür sərt tənqidi paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən “bilməzlikdən paylaşılması” kimi yozulub. Bəzi sosial şəbəkə istifadəçiləri “yəqin süjetdə nə olduğuna baxmayıblar”, “Qocaman” sözünü müsbət qəbul ediblər” kimi şərhlər yazıb.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir