AMEA-dan AzTV-yə: “Dünyanın hər yerində belədir” – CAVAB

AMEA-dan AzTV-yə: “Dünyanın hər yerində belədir” – CAVAB

AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

“Qocaman elm ocağında qocalaşma prosesi: “AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı sujet sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Müzakirələrdə AzTV-nin AMEA-ya ünvanlanan sərt tənqidlərinin haqlı olduğu, Akademiyanın fəaliyyətinin Azərbaycan cəmiyyətinə fayda vermədiyi bildirilir.

“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, AMEA-nın mətbuat katibi Azadə Balayeva video süjetlə bağlı açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası haqqında səslənən iradlara şərh verməyə əsas olmadığını deyib.

“AMEA-da qoca da, cavan da var. Süjet subyektivdir. Bu məsələni şərh etməyə xüsusi bir əsas görmürəm. Dünyanın hər yerində yaşlı elm adamları var”, – deyə A.Balayeva vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir