Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayır

Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayır

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayır.

“İNFONEWS” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

Müəllimlər “portal.edu.az” platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir