“Azəriqaz”ın baş direktoru Gədəbəy sakinləri ilə görüşəcək

“Azəriqaz”ın baş direktoru Gədəbəy sakinləri ilə görüşəcək

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək.

“İNFONEWS” -un İB-dən əldə etdiyi məlumatına görə, avqustun 1-i saat 11:00-da Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Gədəbəy və Şəmkir sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinə (tel: 022 326-00-88) müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir