Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır

Bu gün müsəlman aləminin müqəddəs aylarında olan Məhərrəm ayı başlayır.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyulun 30-na, Məhərrəm ayının 10-u – Aşura günü isə 2022-ci il avqust ayının 8-nə təsadüf edir.

Aşura İmam Hüseynin və ailəsinin Miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlifə Yezidin sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Həmin tarix Azərbaycanda hüzn günü kimi qeyd edilir.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir