Yay, Tətil, İstirahət, Əyləncə və “GÜNƏBAXANLAR” Yay Forumu

Yay, Tətil, İstirahət, Əyləncə və “GÜNƏBAXANLAR” Yay Forumu

Yay fəslinin əsas özəlliyi – TƏTİL, ƏYLƏNCƏ, İSTİRAHƏT və əlbəttə ki, ilboyu itirilmiş ENERJİni bərpa edib, təhsilə, karyera çalışmalarına, iş yerinə yeni bir nəfəslə geridönüş etməkdir.

“İNFONEWS” İnformasiya Agentliyi növbəti maraqlı, bütün yaş qrupları üçün əhəmiyyətli, aktual mövzularına görə gündəmi zəbt edəcək yeni layihəsi “GÜNƏBAXANLAR” Yay Forumuna start verir.

Yaşından, fəaliyyət sferasından, tutduğu sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın qatıla biləcəyi forumda 5 istiqamətdə müzakirələr aparılacaq, təqdimatlar təqdim ediləcəkdir: SAĞLAMLIQ, ÖZÜNİNKİŞAF, KARYERA, BİZNES, MÜTALİƏ.

QEYD: Niyə “GÜNƏBAXANLAR” soruşanlara:

Qədim əfsanələrdən birinə görə, tanrılar insanlara günəbaxanları hər zaman Günəşi yanlarında hiss etmələri üçün bəxş ediblər. Beləliklə, günəbaxan çiçəkləri istənilən hava şəraitindən asılı olmayaraq, hətta ən dumanlı, çiskinli və yağıntılı havada belə həmişə Günəşə baxır.

Günəbaxan günəş, sevinc və nikbinlik, həmçinin sədaqət, şərəf və ləyaqətin rəmzidir.

Avqustun 1-dən yay forumuna start veririk. Həftəiçi ən gözəl məlumat, xəbər, informasiyalarla yay tətilinizi daha da zövqlü edəcəyik.

Hər bir forumçunun zövqünü oxşaya biləcəyimizə əminik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir