Soydaşlarımızın Şimal Buzlu okean macəraları…- “GÜNƏBAXANLAR”
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu “Tətil. Əyləncə” seksiyasının məlumatına görə, yay tətilini Şimal Buzlu okeanın Kara dənizi Vayqaç adası sahillərində keçirən bir qrup soydaşlarımızın qonağı Ağ ayı olub.
Dincəlməyə keçən soydaşlarımız Ağ ayının hənirtisini eşidib, qurduqları çadırı tərk edərək, məsafədən də olsa, çağrılmamış bu qonağın şəkillərini çəkə biliblər.
Qeyd edək ki, yerlilərin “yalquzaq” adlandırdığı bu ayılar yalqız gəzən, ac olduqda yetərincə qorxulu, insana hücum edən yırtıcılara aiddirlər.
Ağappaq xəzi ilə gözoxşayan bu nəhəng sordaşlarımızın çadırı ətrafında bir müddət fırlanıb, yeməklərdən yeyərək, qaçıb, uzaqlaşıb.
Söz verdiyimiz kimi, “GÜNƏBAXANLAR” Yay Fomunu başlayıb. Forum çərçivəsində bizə göndərilən ən maraqlı, qeyri-adi hadisələri, gördüyü işlərlə, fəaliyyət sahəsi ilə fərqlənən şəxsləri, ölkə daxili və xaricində diqqət çəkən informasiya və məlumatları paylaşır, geniş işıqlandırırırıq.
Forumda yaxından iştirak etmək istəyənlər:
+994519401526 əlaqə saxlaya, materialları “[email protected]” e-mail ünvanına göndərə bilərlər.