Ana dili və Əlifba günün mübarək, mənim ikinci Vətənim!

Ana dili və Əlifba günün mübarək, mənim ikinci Vətənim!

“Azərbaycan dili, adət-ənənələri, milli-mənəvi dəyərləri ilə yaxından tanış olmağa başlayanda ən çox diqqətimi çəkən Azərbaycan dilinin əlifbası və keçdiyi tarixi yolu oldu. Holland dilindən fərqli olaraq, sait səslərin dilə nə qədər cingilti qatdığını anladım. Bu dil zəngin, rəngarəng olmaqla yanaşı, həm də qulaqlarda musiqi kimi səslənən bir dildir”.

Bunu “İNFONEWS” – a Niderlandda fəaliyyət göstərən “Strichting TogetherStrong” – “Birlikdə Güclüyük” Fondunun həmtəsisçisi və maliyyə direktoru Robert van den Berq söyləyib.

“Azərbaycan dilini davamlı öyrənirəm. Hazırda bu dili hələ də mükəmməl bilmirəm. Əvvəllər Azərbaycan dilini həyat yoldaşım İlkanə Qocadan öyrənirdimsə, indi artıq oğlumuzla birlikdə dərslərə davam edirəm.

Müşahidələrimə əsaslanıb bunu da qeyd etmək istərdim ki, bir sıra sözlər Qarabağ ləhcəsində fərqli deyilir və daha da şirin səslənir.

Fürsətdən istifadə edib, xanımım İlkanə Qocaya və ailəsinə Azərbaycan kimi ecazkar ölkəni, gözəl Qarabağı, Azərbaycan mədəniyyətini, eləcə də dili və əifbasını mənə tanıtdığı üçün minnətdarlığımı bildirirəm”, – deyə Robert van den Berq əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir