“GÜNƏBAXANLAR” təqdim edir: Məşhur yazıçının 6 QAYDASI
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu davam edir.
Məşhur rus yazıçısı Anton Pavloviç Çexov qardaşı Nikolaya ünvanladığı öyüd-nəsihətlərini dəfələrlə epistolyar janrda yazıb. Eləcə də Çexovun qaydaları da fərqli bir ahəngdədir.
“GÜNƏBAXANLAR” məşhur yazıçının 6 qaydasını təqdim edirik:
1. İstedadlı insanların səhvlərinə göz yumulur.
2. İstedad qurban tələb edir və bu qurbanlar, əsasən, hüzur, qadınlar, şərab və s. daxil olmaqla, əksər həyat sevinclərini əhatə edir.
3. Tərbiyəsizlik heç kimə, heç bir halda bağışlanılmır, çünki həyatın əsas şərtlərindən biri – insanın özünü cəmiyyət içərisində rahat, “öz qabında” hiss etməsidir ki, tərbiyə məhz buna görə zəruridir. (Yazıçı burada etik davranış qaydalarını nəzərdə tutur).
4. Həqiqət hər hansı bir dostluqdan üstündür.
5. Ləyaqətli və tərbiyəli insan olmaq üçün çoxlu kitab mütaliə etmək kifayət deyil. Davamlı olaraq, öz üzərində çalışmaq, estetik zövqün bünövrəsini qoyub, yaradıb, durmadan inkişaf etdirmək zərurətdir.
6. Başqalarının həyata fərqli fikirlərinə, baxışlarına hörmətlə yanaşmağı, özgə düşüncələrinə güzəşt etməyi bacarmaq mütləqdir. Eləcə də heç bir işi məcburi görməmək, “nala-mıxa vurmadan” öhdənə düşən borclarını düzgün və vaxtında ödəmək vacibdir – məhz bunlar “tərbiyəli insan” anlayışının əsasını təşkil edir.
Anton və Nikolay Çexov qardaşları (Fevral, 1882-ci il)