Avqustun 4-dən şagird yerdəyişməsinə START VERİLƏCƏKDİR

Avqustun 4-dən şagird yerdəyişməsinə START VERİLƏCƏKDİR

Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək.

Bu barədə “İNFONEWS” -un Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumatına görə, elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

7. “Zəngi” liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir