Piknikə götürülməsi qadağan edilən 4 məhsul -Ekspert TÖVSİYƏSİ
Yayın özəlliyi, gözəlliyi şəhərdən, öyrəşdiyiniz gündəm həyatından kənara çıxıb, meşə, yaşıllıq, dağlıq havasını doya-doya ciyərlərinə çəkib, uçan-qaşan canlanlıların ecazkar təbiət nəğmələrini dinləyib, ayaqyalın otların, qumsalların üzərində xışıltı ilə yeriyib və…. əlbəttə ki, ənənəvi yeməklərin piknik qidaları ilə əvəzləyərək, böyük zövq və həvəslə kabablar, salatlar, külləmələr, yaxud da sac yeməkləri hazırlayıb, ağız dadınızın kefini yaşamaqdır.
Bu tandemi pozmamaq, piknikdən geridönüşü xəstəxanaya yox, evə etməyiniz üçün “İNFONEWS” ekspertlərdən qidalarla bağlı məsləhətlər alıb.
Gəldiyimiz nəticəyə görə, əsasən piknikə qəti surətdə götürməyəcəyiniz 4 məhsulu sizə təqdim edirik.
1. Mayonez (yaxud mayonez tərkibli istənilən salatlar)
Mayonez və ya mayonez tərkibli qidalar günəş altında, isti havada tez xarab olur və qısa zaman içərisində mədə pozulması, zəhərlənmə və s. müşayət olunur.
2. İstənilən süd məhsulları (yumşaq, əridilmiş pendirlər də olmaqla, süd, kərə yağı, müxtəlif qatqılı, meyvəli və s. kəsmiklər)
Bəlkə də bu məhsullar dəhşət qorxulu olmaya bilər, amma yenə də istirahətə götürmək məsləhət deyil.
3. Düyü
İlk baxışda heç də düyünün təhlükəli olması duyulmasa da, düyünün tərkibini təşkil edən “Bacillus Cereus sporları” günün altında qızışaraq, toksinlər ifraz edirlər ki, bu da zəhərlənmə ilə nəticələnə bilir.
4. Şərab
Əlbəttə, isti havada sərin şərab içmək, pis fikir deyil. Amma nəzərə alsaq ki, havanın yüksək tempiraturunda öz keyfiyyətini saxlaya bilməyən şərab içmək, intoksikasiya, baş ağrıları, ürəkbulanma və digər xoşagəlməz nəticələrə gətirib çıxarır. Eləcə də günəş altında qalmış şərabın dadı da fərqli, xüsusilə də acı olur.