“Sputnik Azərbaycan”ın dörd redaktoru istefa verib
“Sputnik Azərbaycan”ın rusdilli versiyasının dörd redaktoru istefa verib.
“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, Agentliyin redaktorları Zülfiyyə Əliyeva, Gülzar Mustafayeva, Cəmilə Əfəndiyeva və Yelena Starostina vəzifələrini tərk ediblər.
Buna səbəb Azərbaycanın mövqeyinə qarşı materialın verilməsi tələbidir.
Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib.
Adıçəkilən redaktorlar isə bundan imtina edərək, istefa ərizələrini yazaraq rəhbərliyə təqdim edib.