Qırğızıstan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib
Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.
İNFONEWS xəbər verir ki, bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.
“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, – məlumatda deyilir.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır