Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak olub
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə İNFONEWS-a Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
“İNFONEWS“