Sabah bu qəsəbələrdə suyun verilməsi məhdudiyyətlərlə olacaq
Sabah Bakının iki qəsəbəsində suyun verilməsi məhdudiyyətlərlə olacaq.
“İNFONEWS” – un “Azərsu” ASC-dən əldə etdiyi məlumatına görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar avqustun 7-də gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.