“GÜNƏBAXANLAR” təqdim edir: Bütün dövrlərin ən dahi britaniyalısı

“GÜNƏBAXANLAR” təqdim edir: Bütün dövrlərin ən dahi britaniyalısı

İngilis siyasətçisi, dövlət xadimi, möhtəşəm natiq və məşhur yazıçı, eləcə də maraqlı şəxsiyyət Uinston Leonard Spenser Çörçill haqqında tarixi dəlillər çoxluq təşkil edir. 2002-ci ildə Birləşmiş Krallıqda “BBC” telekanalının 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilib. 

“İNFONEWS”– un “GÜNƏBAXANLAR” Yay Forumu Uinston Çörçill ilə bağlı bu faktlardan ən diqqətçəkən, eləcə də çoxlarının bilmədiklərini təqdim edir.

FAKT 1. Çörçilin Afrikada İngilis-Bur müharibəsi zamanı hərbi xidmətdə olması ilə bağlı maraqlı fakt vardır. Belə ki, o, rəqib-burları yetərincə “təngə gətirirmiş” və onun başına 23 funt məbləğində pul mükafatı qoyulur ki, bu, gələcək siyasətçinin xətrinə dəyir, olduqca qıcıqlandırır. Çünki onun aylıq maaşı elə 250 funt imiş.

FAKT 2. Uinston Çörçillin həyatının sonuna qədər qurtula bilmədiyi ən pis vərdişi siqar aludəçisi olması idi. O, Kubada xidmətdə olarkən alışdığı siqarlara xüsusilə üstünlük verirmiş. Qəfldən siqarının bitəcəyindən o qədər qorxurmuş ki, həmişə 2-3 min siqarı birdən alıb ehtiyatda saxlayarmış.

FAKT 3. Bu məşhur Britaniya siyasətçisi ədəbiyyatın və rəssamlığın gözəl bilicisi olub. Şekspirin əsərlərini əzbərdən söyləyərmiş. Həmçinin çox istedadlı rəssam olub ki, “Şarlz Morin” təxəllüsü ilə çəkdiyi rəsmlər əsərləri  Parisdəki Luvrda sərgilənib. Pablo Pikasso onun siyasi karyera seçməsəydi, dünyaca məşhur rəssam ola biləcəyini iddia edib.

FAKT 4. Gələcək siyasətçi uşaqlıqda təhsilə maraq göstərməyib. Hətta valideynləri övladlarının təhsillə bağlı ümidlərini doğrulmayacaqlarına əmin olublar. Çörçill məktəbi ən zəif attestatla bitirib. Həmçinin məktəb illərində tez-tez çubuqla döyülən şagirdlərdən olub, çünki o vaxtlar şagirdlərin fiziki cəzalandırılması hələ ləğv edilməmişdi.

FAKT 5. Bir dəfə restoranda ehtiyatsız davranan yöndəmsiz ofisiant onun başına şampan şərabı tökür. Bu hadisədən Çörçill heç əsəbiləşmir, əksinə durmadan ona üzrxahlıq edən ofisiantdan “görəsən, bu şampan şərabı keçəllikdən ona kömək edə bilərmi?”  sualını verir.

FAKT 6. Uinston Çörçillin əsərləri məşhur Vakter Skott, yaxud Çarlz Dikkensdən xeyli çox olub. Ən maraqlısı odur ki, o, hətta məşhur amerikalı yazıçı Ernest Heminqueyi qabaqlayaraq Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Heminquey Nobel mükafatını bir il sonra ala bilib.

FAKT 7. Bu məşhur siyasətçi çətin vəziyyətdən olduqca məharətlə çıxa bilirmiş. Bir dəfə mühüm bir görüşdə çıxışı zamanı qarşı tərəfi inandırmaq üçün çoxlu statistik rəqəmlər səsləndirir və orada olanları buna nail olur. Görüşdən sonra Çörçilin dostu “bu statistikaları nə vaxt əldə etdiyini, buna ən azı 6 ay zaman ayrılmalıdı” soruşanda,  Uinston rəqəmləri özündən dediyini və bunu sübut etmək üçün rəqiblərinə ən azı iki dəfə çox vaxt lazım olacağını deyib.

Bu nadir tarixi fotolardandır. Uinston Çörçqllü maşın vurduqdan sonra xərəkdə evə aparırlar. Nyu-York, 1931-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir