Ermənistanda daha bir hərbçi naməlum şəraitdə ölüb
Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, sıravi Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.
Bu barədə “İNFONEWS” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.
Qeyd edək ki, bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan da naməlum şəraitdə ölüb.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır