Lüğətdəki sözlərin daha tez yadda saxlamağın 5 ÜSULU
Müasir dövrün ən aktual tələblərindən biri xarici dil bilikləridir. Bütün günü lüğətdəki sözləri əzbərləyib, lakin unutmaq, heç cürə yadda saxlaya bilməmək tez-tez rastlaşdığımız problemlərdəndir.
“İNFONEWS” xarici dil öyrənənlərə lüğətdəki sözlərin daha tez yadda saxlamağın 5 üsulu təqdim edir:
1. Sözləri kontekstdə öyrənin
Sözləri siyahı halında öyrənməklə kifayətlənməyin. Həmişə sözləri kontekstdə öyrənin, bunun üçün nümunələr və ifadələr seçin.
2. Mütaliə edin
Səviyyə kifayət qədər yüksəkdirsə və lüğəti genişləndirməyə təcili ehtiyac yoxdursa, çox mütaliə etmək daha asandır.
3. Yeni sözləri kartlar vasitəsilə öyrənin
Sözləri kartlara yazın və gündə bir neçə dəfə nəzərdən keçirin. Kartları otaqlarda tez-tez baxdığınız yerlərə, divarlara, soyuducunun, yaxud şkafların üstünə yapışdırın.
4. Hekayələr uydurun
Yeni söz və ifadələr ilə cümlələr, maraqlı hekayələr qurun, yaratdığınız obrazların dili ilə danışın.
5. Sözləri dinləyin, deyilişinə diqqətlə qulaq asın
Sözlərin düzgün deyilişini audio yazılar vasitəsilə dinləyib, diktordan sonra təkrarlayın.