Elşən Bağırzadə:”AZİZ BƏY, DAHA BİR ÖNƏMLİ KƏŞFƏ İMZA ATDI”

Elşən Bağırzadə:”AZİZ BƏY, DAHA BİR ÖNƏMLİ KƏŞFƏ İMZA ATDI”
“AZİZ BƏY, DAHA BİR ÖNƏMLİ KƏŞFƏ İMZA ATDI”
“İNFONEWS” xəbər verir ki, bu barədə iqtisadçı-alim, ekspert, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri, dos. Elşən Bağırzadə öz sosial şəbəkə hesabında paylaşım edib.
“Tətildə belə xəbərlər almaq insanın əhvalını birə beş artırır. Aziz Hoca tədqiqat qrupu ilə birlikdə yeni bir böyük kəşfə imza atdı. Belə ki, sınaqlarda geniş istifadə etdikləri EdU molekulunun beyin kanserinin müalicəsində istifadə oluna biləcəyini kəşf ediblər. Tədqiqat nəticələrini Amerika Elmlər Akademiyasının PNAS jurnalı təcili olaraq öz yayınına alıb və sabah nəşr ediləcəkdir. Aziz Bəylə bir az öncə bu barədə söhbət etdim, bu gün Türkiyə mətbuatında bu xəbərin yayıldığını, ancaq qaydaya uyğun olaraq Amerikada sabah medianın buna yer verəcəyini bildirdi. Aziz Hoca həmişə olduğu kimi bu kəşflə bağlı da ehtiyatlı və çox təvazökardır. Deyir, kəşfin başarı şansını 3% olaraq dəyərləndirirəm. Aziz Bəyi təkrar təbrik edir, ona can sağlığı və uğurlar diləyirəm!” – deyə, Elşən Bağırzadə yazıb.
“İNFONEWS” olaraq, həkim-akademik, biokimyaçı, molekulyar bioloq, Kimya üzrə Nobel mükafatçısı və ən əsası, Türk dünyasının böyük oğlu, hər birimizin qürur mənbəyi Əziz Səncəri ürəkdən təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir