“VAR-a daha təcrübəli hakimləri təyin etsinlər”- Rəşad Sadıqov

“VAR-a daha təcrübəli hakimləri təyin etsinlər”- Rəşad Sadıqov

“Keçən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi”

“İNFONEWS” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis altı dəqiqə VAR-a görə qarşılaşmanın dayandırılmasına qarşı çıxıb: “Baş hakimə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə altı dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib də istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra “Sumqyaıt” əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir”.

Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: “Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Görüşün bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir”.

Baş məşqçi hakimlərin bəzi səhvlərini qabartmadığını sözlərinə əlavə edib: “Belə epizodlar çox olur. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub. Sanki həmin epizod xətkeşlə kəsilmişdi.Ötən mövsüm haqsızlıqlar oldu. Hakim səhvləri var idi, amma qabartmırıq. 30 ildir ki, futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə altı dəqiqə nə barədə danışırdı? Mən onun nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin epizodun təkrarına baxsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir