Bu universitet Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

Bu universitet Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

“İNFONEWS” xəbər verir ki, Mingəçevir Dövlət Universiteti (MDU) ilə dünya səviyyəli tədqiqat universiteti hesab edilən Lüksemburq Universiteti arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində protokol imzalanıb. Protokolda hər iki universitet arasında tələbə və heyətin mübadiləsi üçün müvafiq imkanların təmin edilməsi razılaşdırılıb. Lüksemburq Universiteti Avropanın 2003-cü ildə qurulmuş gənc universitetlərindən biridir. Universitet fransız, alman və ingilis dillərində çoxdilli proqramlar təqdim etməklə dünyada tanınır. Dünyanın 120-yə yaxın ölkəsindən gələn tələbələri ilə Avropanın ən beynəlmiləl universitetlərindən hesab olunur. Tədqiqat, ali təhsil, ölkənin sosial, mədəni və iqtisadi inkişafına töhfə universitetin başlıca missiyasını təşkil edir. Lüksemburq Universiteti 2022-ci ildə nüfuzlu Times Higher Education Dünya Universitetlərinin Reytinqində (World University Rankings) 251-300- cü, Gənc Universitetlərin Reytinqində (Young University Rankings) isə 25-ci yeri tutub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da mövcud potensialın inkişaf etdirilməsi, tələbə, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə Erasmus+ və digər mübadilə proqramlarında fəal iştiraka xüsusi önəm verilir. Texnologiya, iqtisadiyyat və təhsil sahələri üzrə də ali təhsil proqramlarının reallaşdırıldığı Lüksemburq Universiteti ilə sözügedən protokol çərçivəsində əməkdaşlıq MDU-da kadr hazırlığının və tədqiqat fəliyyətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə baxımından müsbət qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir