Ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
“İNFONEWS” məlumatına görə, bu ada İspaniya “Real Madrid”inin hücumçusu Kərim Benzema layiq görülüb. Qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
Fransalı forvard səsvermədə “kral klubu”ndan komanda yoldaşı olan belçikalı qapıçı Tibo Kurtua və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Brüyneni qabaqlayıb.