Günlər, aylar, illər, fəsillər bir-birini sürətlə əvəz edir, nəsillər dəyişir. Nəsillər arasında ən çox işlənən isə “bizim vaxtımızda” ifadəsidir. Gündəlik eşitdiyimiz, bəzən elə özümüzün də tez-tez işlətdiyimiz bu ifadəni maraqlı bir bölümə çevirib, nənə-babalarımızdan, ata-analarımızdan, eləcə də yaşlılardan eşitdiklərimizi sizlərlə bölüşəcək, köhnəli-yenili məlumatlar, hekayələrlə yaxınlara-uzaqlara virtual səyahət edəcəyik.
“İNFONEWS” Əli Həsənovun təqdimatında yeni “BİZİM VAXTIMIZDA” rubrikasına start verir.
İlk buraxılışımızı 21-ci əsrin ən böyük ixtirası olan “Smartfon” mobil telefonlarına həsr edirik.İlk öncə gəlin telefonların tarixinə nəzər salaq.
Nitqi aydın ötürən ilk telefon cihazı Aleksandr Qreyam Bell və Çarls Samner Teynter tərəfindən hazırlanmış radiofon idi. İki alim bu cihazla ilk uğurlu təcrübəni 1880-ci il fevralın 15-də həyata keçirib. Belə ki, ötürücü Vaşinqtonda 13-cü küçədə yerləşən Franklin məktəbinin üstündə yerləşdirilir.Teynter telefonu götürüb danışmağa başlayır: “Cənab Bell… Cənab Bell… Əgər məni eşidirsinizsə, xahiş edirəm pəncərəyə yaxınlaşıb papağınızı silkələyin.” Və.. Bir az sonra Bell 14-cü küçədəki laboratoriyasının pəncərəsinə əlində papaqla gələrək, azacıq dayanıb, sonra papağını yelləməyə başlayır.
Daha sonralar isə texnologiyanın inkişafi ilə telefonlar daha da təkmilləşir. Telefonlar, sadəcə, bizim evlərimizdə yox, həm də həyatımızın danılmaz bir parçası olmağa başlayırlar.
Motorola yanında gəzdirib, əldə daşınan ilk telefondur. Tam adı Motorola DynaTAC 8000X Mobile Phone System’.
21-ci əsrin əvvələrində isə telefonların modelləri daha da incəlməyə başlayır, balacalaşır və hətta onları cibə yerləşdirmək olur. Buna misal olarak, dünyada böyük şöhrət qazanmış Nokia telefonlarını göstərmək olar.
Nokia 3310 – 2000
Bu telefonlar qısa zamanda Avropada çox populyarlaşır, onun dünya üzrə satışı 126 milyon ədədi təşkil edir.
Və nəhayət, sensor vasitəsilə işləyən “smartfon” mobil telefonları ilk dəfə ABŞ-da 29 iyun 2007-ci ildə “Iphone 1” “Apple” şirkəti tərəfindən “Bu hələ başlanğıcdır!”, “Apple telefonu yenidən kəşf edir!” sloganları ilə bazara çıxarılır.
Bu gün “Apple” şirkəti yalnız “Smartfon” mobil cihazlarını istehsal etmir, həm də digər “Samsung” , “Nokia” , “Xiaomi” kimi şirkətlər ilə smartfon bazarında rəqabətlərini davam etdirir.