Anar Əliyev Yevlaxda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 8-də Yevlax rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Bu barədə “İNFONEWS”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.