Qazaxıstan nümayəndə heyəti DOST Agentliyində olub

Qazaxıstan nümayəndə heyəti DOST Agentliyində olub

Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş müraciətlərinin baxılmasına nəzarət şöbəsinin müdir müavini Baxıt Yesimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində DOST Agentliyində olub.

Bu barədə “İNFONEWS”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qonaqlara əvvəlcə DOST xidmətləri haqqında ümumi məlumat verilib, DOST mərkəzlərinin iş prinsipi izah olunub.

Nümayəndə heyəti ilə görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyasına dair geniş təqdimatla çıxış edib. Qısa müddətdə sosial sahədə brendə çevrilən DOST-un fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

Qazaxıstan rəsmiləri DOST xidmətləri modelinin sosial sahədə innovativ uğur olduğunu və bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir