Jurnalist Əvəz Zeynallının saxlanıldığı iddia olunur.
“İNFONEWS” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Ə.Zeynallı bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Qeyd edək ki, onun həbsdə olan iş adamlarından birinin ailəsindən 20 min manat pul tələb etdiyi iddia olunur.