MİQ üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir -MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

MİQ üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir -MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

“İNFONEWS” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat verib.

Bildirilib ki, vakansiya seçimlərinə bu gün saat 11:00-da start veriləcək və 12 sentyabr saat 11:00-da başa çatacaq.

Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq dörd vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Vakansiya seçimi etdikdən sonra elektron ərizəni təsdiqləmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir