Azərbaycana məxsus hərbi təyyarə məhv edilməyib
Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə “İNFONEWS”-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.