Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır
Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.
Bu barədə “İNFONEWS”-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.