Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ!
Bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinin nəzərinə:
Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın!
Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir.
“İNFONEWS” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin xəbərdarlığında deyilir.