YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Yanvarın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən bildiriblər ki, partiyanın İcra Katibliyinin gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətini əks etdirən hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb. YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini əks etdirən məruzə konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub.

Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov videokonfransda çıxış edərək ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını deyib. O bildirib ki, Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində YAP da mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. Partiyanın sıralarında gənclərin sayının artması özü-özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı böyük perspektivlərə malik olduğunu ifadə edir.

Daha sonra videokonfransda çıxış edən gənclər birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, Prezident İlham Əliyevin davam etdirdiyi siyasi xəttin bütün ölkə gəncləri tərəfindən dəstəklədiyini qeyd edib, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini bildirib və növbəti altı ayda görüləcək işlərlə bağlı təkliflərini səsləndiriblər.

Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir