“ŞANLI TARİXİN YOLÇULARI” kitabının təqdimat mərasimi baş tutub
Sentyabrın 10-da Mətanət Duyğulu Süleymanovanın “ŞANLI TARİXİN YOLÇULARI” kitabının təqdimat mərasimi baş tutub. Müəllifin bu kitabında II Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış 147 naxçıvanlı igid əsgərin əziz xatirəsi öz əksini tapıb.
Tədbirdə Naxçıvandan gəlmiş çoxsaylı şəhid ailələrinin üzvləri ilə yanaşı tanınmış yazarlar, ictimai fəallar, QHT rəhbərləri və dəvətli qonaqlar iştirak ediblər. Kitab təqdimatı səmimi bir ortamda, bir-birindən maraqlı və dəyərli çıxışlar ilə keçirilib.
Sonda Şəhid ailələrinin hər birinə kitablar və əvvəlcədən hazırlanmış çantalar təqdim edilib.
Qeyd edək ki, Mətanət Duyğulu Süleymanova şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hazırda ailəsi ilə Səudiyyə Ərəbistanının Jubail şəhərində yaşayıb, fəaliyyət göstərən soydaşımızdır. “Bu sevdanın adı nə?”, “Nağıl dünyam”, “Payızda gələn bahar”, “Vətən daşı”, “Səssiz fəryad”, “Kərki talan bahar”, “Vətən daşı”, “Kərki talan yurdum” adlı kitablarının müəllifidir.
Mətanət Duyğulu “İNFONEWS” – a açıqlamasında bildirib ki, bu, onun Şəhidlər mövzusunda qələmə aldığı ilk kitabıdır, tezliklə növbəti kitabını I Qarabağ Müharibəsi Şəhidlərinə həsr edəcəkdir.