Səttar Möhbalıyevın yaxın qohumu şəhid olub

Səttar Möhbalıyevın yaxın qohumu şəhid olub

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevin əmisi nəvəsi Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı dünən axşam baş vermiş döyüşlərdə şəhid olub.

“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa sosial şəbəkə hesabından Səttar Möhbalıyevə baş sağlığı yazıb.

Başsağlığında deyilir:

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı xalqımıza və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirəm. Şəhidimiz Səttar müəllimin əmisi nəvəsi idi. Səttar müəllimin qardaşı Əhməd Mehbalıyev də Qarabağ savaşında şəhid olub.
Vətən sağ olsun!
“İNFONEWS” komandası olaraq, bütün Azərbaycan xalqına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, çox hörmətli Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidimizin ailəsinə və yaxınlarına səbr diləyirik.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir