“İNFONEWS” xəbər verir ki, yanvarın 18-də ölkə ərazisində hava şəraiti dəyişib.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş (Qax) və Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda isə yağış yağıb.
Şimal-qərb küləyi əsib, sürəti arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 metr/saniyə olub. Bakıda və Abşeron yarımadasında – Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda saniyədə 15 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.