İşə yeni qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır .
Bu barədə “İNFONEWS”-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR – meneceri Fidan Quluzadə məlumat verib.
O qeyd edib ki, sentyabr ayının 19-dan etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.
Proqram çərçivəsində müəllimlər aşağıdakı mövzularda təlimlərdə iştirak edəcəklər:
– İdeal müəllim;
– Müəllimin təqdimat bacarıqları;
– Təhsildə etika;
– Valideyn-məktəb əməkdaşlığı;
– Şagirdlərin mühafizəsi və təhlükəsizliyi;
– Məktəbdə uşaqlara qarşı bullinq.
Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
Link:https://forms.gle/
Son qeydiyyat tarixi 18 sentyabrdır.
Qeydiyyatdan keçən müəllimlər 1 ay müddətində təlimlərdə iştirak edəcəklər.
Daim inkişaf edən dünyada irəli getmək üçün tək vasitə təhsil və elmdir. İnkişaf üçün inkişaf edək!