UNEC-də “Erməni dili” kursuna yenidən start veriləcək
Oktyabr ayından başlayaraq UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Erməni dili” kursuna yenidən start veriləcəkdir.
Bu barədə “İNFONEWS”-a UNEC-in Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Erməni dilinin tədrisi tədqiqatçılara Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməklə analitik təhlil materialları hazırlamaq, həmçinin elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaradacaqdır.
Kurslara UNEC əməkdaşları, tədqiqatçıları ilə yanaşı dövlət və özəl sektorların bu sahə üzrə araşdırma aparmaq potensialına malik olan tədqiqatçıları da qatıla bilərlər.
Qeydiyyatdan keçərək seçimlərdə iştirak etmək üçün özünüz haqqında məlumatı (ad, soyad, ata adı, doğum tarixi, təhsil, ixtisas, vəzifə, elmi dərəcə, email, əlaqə telefonu) [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. Seçimlərdən sonra nuyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Ətraflı məlumat əldə etmək üçün (012) 492-57-31 (UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.