Cəlilabad sakininin maşınından 32 kq narkotik çıxdı

Cəlilabad rayonunda 32 kiloqramdan çox narkotik vasitə daşıyan şəxslər ələ keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “İNFONEWS” -a verilən məlumata görə, Cəlilabad RPŞ və DSX Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Ocaqlı kəndində rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə polis əməkdaşları tərəfindən saxlanılıb.

Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı arxa oturacağın üzərindəki ağ rəngli kisədən içərisindən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir