Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır – Baş həkim

Dünəndən başlayan vaksinasiya prosesində indiyə qədər 14 nəfərə vaksin vurulub.

Bu barədə İnfoneSəbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır:

“Bildiyimiz kimi vaksinasiya prosesinə ötən gündən start verilib. İlk olaraq baş həkim kimi mən vaksinasiya olundum, daha sonra digər işçilər. Artıq 14 nəfərə vaksin vurulub, vəziyyətləri də yaxşıdır, heç bir əks-təsir müşahidə olunmayıb”.

Baş həkim qeyd edib ki, vaksin vurulan şəxslərin hamısı işçi heyətidir və həftə sonuna kimi poliklinikanın 70-80 faizi vaksinasiyadan keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir