UNEC-də bu müəllimlərin əməkhaqqı 50 faiz artırılıb

UNEC-də bu müəllimlərin əməkhaqqı 50 faiz artırılıb

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki,UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (ISE, SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

UNEC-in rəsmi saytına keçid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir