Turizm işçilərinin peşə bayramı günü dəyişildi
“Turizm işçiləri günü” peşə bayramının tarixində dəyişiklik edilib.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2022-ci il
Sərəncamla “Turizm işçiləri günü” peşə bayramı sentyabr ayının 27-dən 29-na keçirilib.
İndiyədək turizm işçiləri peşə bayramlarını sentyabrın 27-də qeyd edirdilər.