“Saudi Aramco” Avropanın enerji böhranından çıxmaq planlarını səmərəsiz hesab edir

“Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser hesab edir ki, Avropa ölkələrinin enerji böhranından çıxmaq planları, o cümlədən elektrik enerjisi tariflərinin subsidiyalaşdırılması və neft-qaz şirkətlərinə əlavə vergilərin tətbiqi uzunmüddətli perspektivdə effektiv deyil.

“İNFONEWS.AZ” TASS-a istinadən xəbər verir ki, o bu barədə İsveçrənin Lütsern şəhərində keçirilən “Schlumberger Digital Forum”da bildirib.

“Enerji ödənişlərinin dondurulması və ya məhdudlaşdırılması qısa müddətdə istehlakçılara kömək edə bilər, lakin bu enerji böhranının real səbəblərini həll etmir və uzunmüddətli həll yolu deyil. Şirkətlərdən hasilatı artırmalarını istədiyiniz zaman onların vergiyə cəlb olunması da yardım etməyəcək”, – “Reuters” A.Nasserdən sitat gətirib.

O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişə təbii ki, enerji böhranının nəticələrini gücləndirib, lakin heç də böhranın əsas səbəbi deyil. A.Nasserin fikrincə, hətta münaqişəyə dərhal son qoyulması belə qlobal enerji böhranının aradan qaldırılmasına kömək etməyəcək, bunun səbəbləri karbohidrogenlərə yüksək tələbat və istehsal gücünün çatışmazlığı şəraitində neft-qaz sənayesinə kifayət qədər sərmayə qoyulmamasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir