VƏTƏN MÜHARİBƏSİ QAZİSİ ŞƏHİD OLUB

VƏTƏN MÜHARİBƏSİ QAZİSİ ŞƏHİD OLUB

Doqquz aydır leykozdan əziyyət çəkən Vətən müharibəsi qazisi Elnur Səmədov 18 sentyabr 2022-ci il tarixində müalicə aldığı xəstəxanada şəhid olub. 

“İNFONEWS” xəbər verir ki, Vətən müharibəsi zamanı qazi olan Elnur Səmədov Dədə Qorqud Şəhidlər xiyabanında dəfn edilib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

Dəfn mərasimində iştirak edən “İNFONEWS”-un əməkdaşı dəfn yerindən fotoları təqdim edir:

FOTOLAR: Fariz Faiqoğlu, Şəhriyar Əbdürəhimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir