Elm və təhsil naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Elm və təhsil naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Həmid ilə görüşüb. 

Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri, beynəlxalq tədbirlərdə iştirak məsələləri, birgə tədqiqat işlərinin aparılması imkanları müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir