UNEC-də Rəqəmsal Marketinq kurslarına qeydiyyat başlayıb
UNEC Ömürboyu Təhsil Mərkəzində Rəqəmsal Marketinq kursunun növbəti sessiyasına qeydiyyat başlayıb.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Əmək bazarının tələblərinə uyğun praktiki biliklərə əsaslanan rəqəmsal marketinq kursları 3 aylıq davam edəcək. Kurslar peşəkar ekspertlər tərəfindən 5 müxtəlif modul- SMM, SEO, SEM, E-mail marketinqi, Affilate marketinq üzrə tədris ediləcək.
Kursu bitirənlər UNEC-in sertifikatını əldə etməklə yanaşı, praktiki biliklərə əsaslanan tədris planı və öyrəndiklərini möhkəmləndirmək məqsədi ilə təşkil olunacaq vorkşopda iştirak edə biləcəklər.
UNEC-in tələbə və əməkdaşlarına özəl endirim kampaniyası 1 oktyabra qədər davam edir.
Daha ətraflı məlumat üçün:
https://lifelong.unec.edu.az/kurslar/reqemsal-marketinq/
Əlaqə:
Web: https://lifelong.unec.edu.az/
Tel/Whatsapp: +994 70 515 16 18
Ünvan: 4-cü tədris binası, Abbas Səhhət 45A.