İsveçrəli tələbələr Ernest-Young şirkətinin Bakı ofisində təcrübədə olublar

İsveçrəli tələbələr Ernest-Young şirkətinin Bakı ofisində təcrübədə olublar

UNEC-HES-SO “Azərbaycan bazarının təhlili və biznes mühitinin qiymətləndirilməsi adlı” intensiv təcrübə proqramı çərçivəsində isveçrəli tələbələr üçün müxtəlif, yerli və beynəlxalq şirkətlərə işgüzar səfərlər start verilib.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Tələbələr işgüzar görüşün ilk günü Ernest&Young (EY) şirkətində təcrübədə olublar.

Görüş zamanı isveçrəli tələbələr EY missiyası, şirkətin gələcək vizyonu, departamentlərin fəaliyyətləri, eləcə də müxtəlif dövlət qurumları və sahibkarlarla tərəfdaşlıq əlaqələri haqqında ətraflı məlumat əldə ediblər.

Eyni zamanda EY-in yaşıl siyasətlə bağlı həyata keçirdiyi layihələrlə tanış olublar.

EY əməkdaşları tərəfindən keçirilən 4 sessiyalı təlimlərdə tələbələrin dayanıqlı inkişaf yaşıl siyasət, dayanıqlı maliyyə və audit sistemi, konsultasiya və s. haqqında sualları cavablandırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir